Bakı Dövlət Sirkində BİABIRÇILIQ - FOTO

Bakı Dövlət Sirkində BİABIRÇILIQ - FOTO
23:27 12 Yanvar 2015
222 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Sirkinin binası bərbad gündədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Bakıda yenicə təmirdən çıxan teatrların və inzibati binaların fonunda Sirkin yerləşdiyi bina orta əsrlərdən qalma təəssüratı yaradır. Hər il Sirkdə müxtəlif proqramlar təşkil edilsə də, binanın təmirinə və ya yenidən qurulmasına baxılmır.

Sirkə gedən tamaşaçılar da oradakı acınacaqlı şəraitdən narazılıq edirlər. Onların əsasən də tualetdəki natəmizliyə iradı var. Sirkin tualeti əsl sirkə çevrilib. Redaksiyamıza müraciət edən vətəndaşlar də Sirkin şəraitsizliyindən şikayətçidir.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov isə analitik.az-a deyib ki, hər kəs buranı müasir təmirli görmək istəyir. “Ancaq bizim səlahiyyətimizə aid deyil. Təmir məsələsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır.

Təmir üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır. Bildiyimə görə, tezliklə bu problem həllini tapacaq. Ancaq biz bütün bunlara baxmayaraq, fəaliyyətimizi davam etdirməyə çalışırıq. Konkret ayaqyoluna gəlincə, həmin ərazinin bacardığımız qədər təmiz saxlanılmasına səy göstəririk”.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR