Sehrli budaq, müqəddəs rəqəm... - Əlamətlərin qurbanına çevrilən MƏŞHURLAR

Əlamətlərə inanırsınızmı? Kimi qarşısından pişik keçəndə üzülür, kimisi yuxularına inanır, bəziləri isə hətta rəqəmlərin uğur gətirəcəyini deyirlər.

Metbuat.az publika.az -a istinadla bildirir ki, xəbər verir ki, sevdiyimiz məşhurların da arasında əlamətlərə inananları az olmayıb.

Картинки по запросу coco chanel

Məsələn, fransız dizayner Koko Şanel əlamətlərə çox inanırdı. Hələ yeniyetmə ikən falçı onun falına baxır və deyir ki, uğurlu rəqəmi 5-dir. Ona görə də məşhur “Chanel Nº 5” ətrində öz uğurlu rəqəmindən istifadə edib. Həmçinin Kokonun evindəki çılçıraq da 5 formasında idi. O, öz kolleksiyalarını hər zaman mayın (5-ci ay) 5-i təqdim edirdi.

Dünya şöhrətli rəssam Pablo Pikasso da əlamətlərin qurbanına çevrilmişdi. O nəinki köhnəlmiş paltalarını, hətta kəsdiyi dırnaqlarını, saçını da atmırdı. Hətta uğursuz əsərlərini belə qoruyurdu. Pablo düşünürdü ki, atdığı hər bir əşya yaxud bədəninin bir parçası belə onu bütövləşməyə qoymayacaq.

Salvador Dali də həmkarlarından geri qalmırdı. O, cibində hər zaman balaca ağac budağı gəzdirərdi. Bununla da qara ruhları özündən qovmağa çalışırdı. Dalinin həyatı haqda maraqlı faktlardan biri də odur ki, rəssamlara dalğıc geyimində mühazirə oxuyarkən hava çatışmazlığından boğulur. Onu xilas edəndən sonra isə "budağı özümlə götürməyi unutmuşdum" deyir.

Yaxşı arıqlamaq üçün qarpızı belə HAZIRLAYIN - Yayın ən ləzzətli içkisi / VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR