Türkiyədə ZƏNCİRVARİ QƏZA: Sibel Can və oğlu...

Məşhur müğənni Sibel Can və oğlu yol qəzasına düşüb.

Metbuat.az publika.az -a istinadən xəbər verir ki, qəza İstanbulda Barbaros Bulvarı adlanan ərazidə baş verib.

Qırmızı işıqda dayanan maşınlara qəfildən arxadan bir avtobus çırpılıb. Qəza nəticəsində 5 maşın bir-birinə dəyib.

Həmin maşınlardan birində müğənni Sibel Can və oğlu Əmir Aksüt olub.

Sibel Can özü açıqlamasında bildirib ki, təhlükəsizlik kəməri taxdıqlarına görə qəza nəticəsində heç biri xəsarət almayıb: "Qırmızı işıqda dayanmışdıq, qəfildən maşınlar bir-birinə çırpıldı. Çox qorxdum".

Qəzada digər maşınlarda biri uşaq olmaqla üç nəfər yaralanıb.

Yaxşı arıqlamaq üçün qarpızı belə HAZIRLAYIN - Yayın ən ləzzətli içkisi / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR