Azərbaycandan İrana gedənlərin sayı AÇIQLANDI

2018-ci ilin ilk yeddi ayı ərzində İrana gedən Azərbaycanlı turistlərin sayı 31,2 faiz artıb.

Metbuat.az Oxu.Az-a istinadla xəbər verir bu barədə İran mənbələri məlumat yayıb.

Bildirilir ki, dövr ərzində 603 min 500 həmyerlimiz İrana səfər edib. İrandan Azərbaycana gələnlərin sayı 165 min 530 nəfər olub. Hansı ki, bu da 21faiz azalma deməkdir.

Qeyd olunur ki, İran azərbaycanlı turistlərin rahat və çox səfər etdiyi ölkə hesab edilir. Bununla belə, səfər edən azərbaycanlıların sayı baxımından Gürcüstan öndədir. Azərbaycanlı turistlərin 33.4 faizi Gürcüstana, 22.9 faizi Rusiyaya, 15.2 faizi Türkiyəyə üz tutur.

Türkiyədə meşə yanğını


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR