Məşhəd şəhərindən dəhşətli xəbərlər gəlir - Çox sayda ölən və yaralanan var

İranın Məşhəd şəhərində üç yaşayış binasının çökməsi nəticəsində azı 10 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Metbuat.az Anadolu agentliyinə istinadla xəbər verir ki, əraziyə çox sayda xilasedici cəlb olunub. Dağıntılar altında bir neçə nəfərin qaldığı güman edilir.

Bildirilir ki, faciəyə qazanxananın partlaması səbəb olub. Hadisə nəticəsində 3 bina tamamilə dağılıb.15 binaya isə ciddi zərər dəyib.

Təhlükəsizlik məqsədiylə əraziyə qazın verilməsi dayandırılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR