Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Moldovanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli əlaqələrin və ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə yönəlmiş səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Moldova xalqına isə sülh və firavanlıq arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR