İspaniya hökuməti kaudilyo Frankonun yenidən dəfn edilməsi məsələsinə baxıb

İspaniya hökumətinin qəbul etdiyi yeni dekret Tarixi yaddaş haqqında qanunda dəyişiklik edir və Şəhidlər Vadisində dəfn olunmuş ispan hərbi və dövlət xadimi, generalissimus Fransisko Frankonun ekshumasiyasına imkan yaradır.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu məlumatı İspaniya hökuməti sədrinin müavini Karmen Kalvo Nazirlər Şurasının iclasının yekununa dair mətbuat konfransında açıqlayıb.

Hökumətin sənədində yenidən dəfn edilmənin “təcili xarakteri” haqqında yazılır. Frankonun ailəsinə qəbrin köçürülməsini müəyyənləşdirmək üçün sentyabrın ortasınadək vaxt verilib. Əgər bununla bağlı qohumlar öz istəklərini bildirməsələr, qərarı hökumət qəbul edəcək.

Ekshumasiyaya gəldikdə isə Baş nazirin müavini 1 aydan 12 ayadək müddət söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR