640 milyon dollara təyyarə

Qətər əmirinin ailəsinə məxsus 14 təyyarədən biri satışa çıxarılıb.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, qiyməti 640 milyon dollar olan “Boeing 747-8” hava gəmisi əsl elit apartamenti xatırladır. Dünyanın ən nəhəng avialaynerlərindən biri sayılan sözügedən təyyarə 467 sərnişin daşıyır. Burada böyük məsafələri qət etmək üçün hər bir şərait yaradılıb. Təyyarədə bir neçə istirahət zonası, kabinet, konfrans zalına çevrilə bilən böyük qonaq otağı, kinoteatr, yataq, tibb kabineti və 10 vanna otağı fəaliyyət göstərir. Bütün mebel və əşyalar qızılla işlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR