Rusiyada oyun biznesindən tutulan verginin dərəcəsi ikiqat artırılıb

Rusiya Federasiyasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, oyun biznesindən tutulan vergilərin minimal və maksimal dərəcələri ikiqat artırılıb.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, oyun biznesinə görə vergi hər bir oyun masasından, oyun avtomatından, totalizatorun və bukmeyker kontorunun prosessinq mərkəzindən, eləcə də bukmeyker kontorunun və totalizatorun stavka qəbuletmə məntəqəsindən hər ay tutulur. Bu ildən başlayaraq bir oyun masası üçün aylıq vergi 50 min rubldan (1493 manat) 250 min rubla (7500 manat), hər oyun avtomatı üçün aylıq vergi isə 3 min rubldan (90 manat) 15 min rubla (450 manat) qədər müəyyənləşdirilib.

Bukmeyker kontorunun prosessinq mərkəzinin ödəyəcəyi aylıq verginin məbləği də oyun masası üçün müəyyənləşdirilmiş verginin məbləği ilə eynidir - 50 min rubldan 250 min rubla qədər. Stavkaları qəbul edən hər bir totalizator və ya bukmeyker kontoru ayda 10 min rubldan (298,7 manat) 14 min rubla qədər (418,2 manat) vergi ödəməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR