Siyəzəndə dəhşətli qəza - 6 nəfər öldü

Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanlb.

Metbuat.az Oxu az-a istinadən verdiyi məlumata görə, rayon ərazisində 53 BB 675 dövlət qeydiyyat nişanlı "VAZ-2107" və 99 AR 259 qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR