Çində oteldəki yanğında tələfat artdı

Çinin Harbin şəhərindəki oteldə güclü yanğın baş verib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, hadisə zamanı 20 nəfər həyatını itirib. Bəzi cəsədlər tanınmaz hala düşüb. 20-yə qədər yaralı var. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olduğundan tələfatın artacağı istisna deyil.

Onların arasında xarici turistlərin olub-olmadığı məlum deyil.Əraziyə 100-dən çox yanğınsöndürən və xilasecilər cəlb edilib. Alovun qonşu binalara keçməsinin qarşısı alınıb. Hadisə zamanı binada dəqiq neçə nəfərin olduğu barədə məlumat yoxdur. Axtarış işləri davam edir. Faciənin səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR