Seldən sonra ilan kabusu - Sakinlər kobraların hücumuna məruz qalır / VİDEO

Hindistanın Kerala əyalətində baş sel fəlakətindən sonra ortaya yeni təhlükə çıxıb.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, daşqınlarla birlikdə yaşayış mətəqələrinə gələn piton kobra və digər təhlükəli ilanlar insanlarda ciddi narahatlıq yaradıb. Son iki gün ərzində onarla ilansancma hadisəsi qeydə alınıb.

Bildirilir ki, suların çəkildiyi ərazilərdə çox sayda piton və kobra zərərsizləşdirilib. Problemin aradan qaldırılması üçün bölgəyə ilan ovçuları göndərilib. İlanların hücumlarından müdafiə olunmaq üçün insanlara təlimatlar verilir. Qeyd edək ki, Kerala əyalətində baş verən daşqınlar nəticəsində 420-dən çox insan həyatını itirib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR