Goranboyun polis rəisi vəzifəsindən azad olunub

Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ təyinat olmayıb.

F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Köz yeyən dana görənləri ŞOKA SALDI - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR