Paşinyanın müşaviri istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Arsen Xaratyan vəzifəsindən istefa verib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Xaratyan istefa ərizəsini avqustun 23-də baş nazirə təqdim edib.

Keçmiş müşavir istefa qərarını ailəsinin Gürcüstanın paytaxtı Tbilisidə yaşaması ilə əlaqələndirib. Xaratyan vəzifədə olduğu müddətdə ailəsi ilə görüşə bilmədiyini və bu səbəbdən Paşinyanın komandasını tərk etdiyini vurğulayıb.

Tanınmış müğənninin villası yanıb - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR