Ebru Gündeş həmyerlimizi seçdi

Ebru Gündeş həmyerlimizi seçdi
23:42 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Son zamanlar Azərbaycanın daha maraqla izlədiyi "O səs Türkiyə"nin növbəti duel günündə Məltəm Abbasova səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiyada doğulub böyüyən Məltəm komanda yoldaşı Nesil Ayan ilə Ceyms Braunun "I feel good" mahnısını səsləndirib.

Komanda rəhbəri Ebru Gündeşin qərarıyla həmyerlimiz duelin qalibi olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson Özkan oturub.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR