Bu adamın 53 yaşı var - "Xəstəlik deyil, amma..."

Hindistanda yaşayan 53 yaşlı rahib Bharat Tvarin görənləri təəcübləndirir.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, 60 santimetr uzunluğundakı rahib Bharat Tvari bədəninin kiçilməsinə və sümüklərinin bükülməsinə səbəb olan xəstəlikdən əziyyət çəkir. Bharat 5 yaşından bəri bu şəkildə yaşayır. Onun sözlərinə görə, xəstəliyə tutulmasına səbəb onun divardan yıxılması olub:

“Mən Tanrıya inanıram və hər şeyin ondan gəldiyini bilirəm. Ona görə də, bu vəziyyət məni narahat etmir. Bu xəstəlik deyil, Tanrının mənə bir hədiyyəsidir”

Həkim onu müalicə etməyə başlamaq üçün çox gecikdiyini deyib. Bharat bu vəziyyətin ona normal həyat yaşamağa mane olmadığını bildirib.






https://metbuat.az/news/1013243/podiumun-qara-deri...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR