Məktəbli ləvazimatlarının satış yarmarkaları fəaliyyətə başlayıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

BŞİH-nin Ticarət və Xidmət Departamentindən Metbuat.az-a verilən məlumata görə, yarmarka çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.

Bildirilib ki, "Bakı Metropoliteni"inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.

Qeyd edək ki, yarmarka sentyabrın 25-nə kimi davam edəcək.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR