Bakıya məişət tullantıları üçün yeni konteynerlər gətiriləcək

Bakıda məişət tullantıları üçün yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub.

Buraya tullantıların çeşidlənməsi məqsədilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xarici ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır.

Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR