İran Səudiyyə Ərəbistanı ilə danışıqlar apara bilər

İranın dini lideri Əli Xamneyinin nümayəndəsi Əli Qazi Əsgər danışıqlar yolu ilə İran və Səudiyyə Ərəbistanı arasındakı problemlərin həll edə biləcəyini açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın dini liderinin həcc və ziyarət işləri üzrə nümayəndəsi Həcc ziyarəti səbəbilə bir araya gəldikləri Səudiyyə Ərəbistanının səlahiyyətliləri ilə faydalı danışıqlar aparıldığını bildirib. O, iki ölkə rəsmilərinin Həcc ziyarəti səbəbilə bir araya gəlmək məcburiyyətində qaldıqlarına işarə edərək, siyasi problemlərin həlli üçün də görüşə biləcəklərini qeyd edib.

Əli Qazi Əsgər ölkənin rəsmi xəbər agentliyi İRNA-ya açıqlamasında bildirib ki, İran və Səudiyyə Ərəbistanı bölgənin iki böyük dövlətidir və problemləri müzakirə yolu ilə həll edə bilər. Düşmənçilik və kin İran və Səudiyyə Ərəbistanını regional məqsədlərinə çatdırmayacaq deyən Əli Qazi Əsgər, İŞİD terror təşkilatının Yaxın Şərqi təsiri altına aldığı zamanda daha böyük məqsədlərin ardınca gedilməli olduğunu və qonşu ölkələrlə regional birliyin qurulmasının vacib olduğunu vurğulayıb.

O, bildirib ki, səudiyyəli səlahiyyətlilər Həcc ziyarətini yerinə yetirmək istəyən ziyarətçilər üçün hər il daha yaxşı şərtlər hazırlayır. Ə.Əsgər səudiyyəli səlahiyyətlilərin iranlı zəvvarlara vizanın verilməsi, nəqliyyat probleminin həlli, gediş-gəlişin daha rahat olması və digər bir çox məsələlərdə yaratdıqları şəraiti buna misal göstərib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR