İran üzərində toz fırtınasının Azərbaycana təsiri olmayacaq - Nazirlik

İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın verdiyi məlumata görə, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək:

"Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti 4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.

Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir".

Tutaraq sahilə çıxardıqları canlı QARDAŞLARI ŞOKA SALIB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR