Federasiyadan cavab: Şəhriyar kimi peşəkarımız olmayıb

Şəhriyar Məmmədyarov bu günə qədər heç bir yarışa öz hesabına getməyib.

Metbuat.az unikal.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, əks halda klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.

Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Bizim ümidimiz var idi ki, Teymur Rəcəbov öz yüksək statusunu saxlayacaq. Əfsuslar olsun ki, onun nəticələri istədiyimiz qədər yüksək deyil.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib", - Məmmədov bildirib.

Tutaraq sahilə çıxardıqları canlı QARDAŞLARI ŞOKA SALIB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR