Oğurluq edən 5 nəfər saxlanılıb - DİN

Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki evlərin birindən 520 manat və 3000 rubl pul, habelə mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini Misir Həmidov saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisindəki kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanov saxlanılıb. Eyni zmaanda DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki kafelərin birindən kondensioner, 2 ədəd soyuducu mühərriki, 100 metr elektrik naqili, 3 ədəd plastik qapı və 3 ədəd pəncərə şüşəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Kamran Qurbanov saxlanılıb.

Hövsan qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən mobil telefon oğurlamaqda şübhəli bilinən B.Qəhrəmanov da saxlanılıb.

Həmçinin Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən avqustun 14-də Hövsan qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Bəhruz Qəhrəmanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mayın 21-də daha bir evdən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Tutaraq sahilə çıxardıqları canlı QARDAŞLARI ŞOKA SALIB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR