Füzulidə minik avtomobili “Təcili yardım”la toqquşub

Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub.

Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.

Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Polis faktla bağlı araşdırma aparır.

Tutaraq sahilə çıxardıqları canlı QARDAŞLARI ŞOKA SALIB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR