Bakıda 80 yaşlı lal-kar qadın itkin düşüb

Bakıda yaşlı qadın itkin düşüb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

E.Qəniyeva eşitmə və dil qüsurludur.

Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Tutaraq sahilə çıxardıqları canlı QARDAŞLARI ŞOKA SALIB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR