6 erməninin öldürüldüyü yerin görüntüləri yayıldı (VİDEO)

6 erməninin öldürüldüyü yerin görüntüləri yayıldı (VİDEO)
23:56 12 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın polisi Gümrüdə 6 nəfərlik ailənin qətli yerindən görüntülər yayıb.

ANS PRESS xəbər verir ki, erməni polis ailənin 6 üzvünün səhər tezdən öldürüldüyünü açıqlayıb. Cinayətin törədilməsində şübhəli bilinən Rusiya bazasının hərbi qulluqçusu Valeri Permyakovun axtarışları davam edir.

6 nəfərin qətlə yetirildiyi yerdə şübhəlinin hərbi forması, avtomat, süngü-bıçaq, 21 güllə gilizi və iki boş avtamat darağı aşkar edilib. Ermənistan Polisinin səlahiyyətlisi Unan Poqosyan təlaşa ehtiyyac olmadığını bildirib:

"Bizdə onda silah olduğu haqda məlumat yoxdur. Çox güman ehtimala görə, yoxdur, bir halda ki, o silahı hadisə yerində atıb və qaçıb. Vətəndaşlara təlaşa düşmək lazım deyildir, amma ayıq olmaq lazımdır".

O, əlavə edib ki, polis 102-ci hərbi bazanın komandanlığı ilə əməkdaşlıq edir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR