Meşə ağaclarına peyvənd calağı vurulub

Oğuz rayon Xaçmaz kəndinin meşə ərazisində ağaclara peyvənd calaqların vurulması məqsədilə "Tumurcuq" adlı aksiya keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Metbuat.az-a verilən məlumata görə, nazirlik Oğuz rayon Xaçmaz kənd sakini İlkin Lətifovun təşəbbüsü ilə keçirilən aksiyanı yüksək qiymətləndirərək tədbirdə iştirak edib.

ETSN-nin səlahiyyətli şəxslərinin, Oğuz rayon İcra Hakimiyyəti rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bu cür aksiyaların digər rayon və kəndlərdə də davam etdirilməsinin vacibliyi və əhəmiyyəti, ekoloji cəhətdən uğurlu bir iş olduğu vurğulanıb.

Aksiya çərçivəsində 7 növ alma, 5 növ armud və 4 növ alça olmaqla çoxlu sayda meşə ağacına peyvənd calağı vurulub.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR