Azərbaycanda toyda dava olub

Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .

Günün qoroskopu - İşin problemlərini evə aparmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR