Ermənistanda polislə əhali arasında qarşıdurma olub

Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında ötən gecə polislə sakinlər arasında qarşıdurma yaşanıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, insidentin baş verməsinə səbəb polisin qanunsuz küçə ticarətilə məşğul olan insanlara qarşı güc tətbiq etməsi olub.

İnsidentə şahidlik edənlərin ifadələrinə görə, polis küçə ticarətilə məşğul olan insanları zorla həmin ərazilərdən kənarlaşdırmağa çalışıb. Bu zaman ticarətçilərlə polis arasında toqquşma baş verib və bir nəfər qadının vəziyyəti pişləşdiyindən əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Polisin güc tətbiq etməsinə hiddətlənən ətrafdakı insanlar da ticarətçilərə dəstək çıxaraq etiraza qoşulublar.

O da qeyd olunur ki, polis ticarətçilərin obyektinə və mallarına da ciddi ziyan vurub. Hazırda ticarətçilər polisin davranışından şikayət edərək dəyən ziyanın ödənilməsini tələb edirlər.


Günün qoroskopu - İşin problemlərini evə aparmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR