Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ələ keçib - Şirvanda

Şirvan şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Şirvan şəhər sakini Süleyman Heydərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan ümumi çəkisi 440 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Gürcüstana gedib-gələnlərə - ŞAD XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR