Azərbaycanda çayda boğulan iki gəncin

Azərbaycanda çayda boğulan 2 gəncin videosu yayılıb.

Metbuat.az unikalorg.az-a istinadən xəbər verir ki, videoda Lerik rayonunun Qələbin kənd sakini Qabil Şalıyevun və Veri kənd sakini Xanbəy Sultanovun Qələbin kəndi ərazisindəki "Hacı şəlaləsi" adlandırılan çayda çimərkən suda necə boğulması əks olunub.

Belə ki, gənclərdən biri çayda üzərkən boğulmağa başlayır. Həmin vaxt ətrafda onu telefonla çəkən dostları onun boğulduğunu görüb qışqırırlar. Bu zaman digər bir gənc onu sudan çıxarmaq üçün çaya girəndə o da boğularaq həyatını itirir. Sonradan hadisə yerinə FHN xilasediciləri gəlsə də, gec olur. Xilasedicilər hər iki gəncin cəsədini sudan çıxarırlar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR