Azərbaycanın ikinci peykinin buraxılış tarixi dəyişdirildi

Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.

Metbuat.az bu barədə "Arianespace" şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.

“Azerspace-2/Intelsat 38” peyki “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, “Horizons 3e” peykini də aparacaq.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.//Trend

Gürcüstana gedib-gələnlərə - ŞAD XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR