Ağır atletika yığmamız Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlan və qızlardan ibarət yığma komandası 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Metbuat.az-a verilən məlumata görə, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından (IWF) AAAF-a məktub daxil olub. Lisenziya 1 (bir) qız idmançımız üçün nəzərdə tutulub.

Məktubda qeyd olunur ki, bu Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançı təyin edilməsi proseduru həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziya verilməsi qərarı qəbul edilib.

Ötən ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələrdən ibarət dünya birinciliyində oğlanlardan ibarət yığma komandamız ümumi sıralamada 9-cü yeri tutaraq Olimpiya Oyunlarına bir lisenziya əldə etmişdi. Dünən daxil olan məktubla bu dəfə qızlardan ibarət komandamızın bir üzvünə eyni şans verilib. Nəticədə lisenziya sayımız 2-yə çatıb.

Gürcüstana gedib-gələnlərə - ŞAD XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR