Qətər və Küveyt arasında hərbi iş birliyi artırılır

Qətər və Küveytin Hava Müdafiə Qüvvələri iki ölkə arasında hərbi və müdafiə ittifaqını gücləndirəcək.

Metbuat.az xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi olan QNA-nın məlumatına görə, Qətər Hava Müdafiə komandiri Hamad Mubarəklə Küveyt Hava Müdafiə Qüvvələri komandiri Adil Əli Əl-Hafiz Qətərin paytaxtı Dohada görüşüblər.

Görüş zamanı iki ölkə arasında bir çox məsələlərlə yanaşı, hərbi və müdafiə sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi məsələsi də müzakirə olunub.

Qeyd edək ki, ötən il Qətər iki ölkə arasında hərbi əlaqələri gücləndirmək məqsədilə Küveytdə hərbi ataşşelik açıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR