Xeyriyyə məqsədilə yığılan pulu XƏRCLƏDİLƏR / VİDEO

Amerikada yaşayan qadın xeyriyyə məqsədilə yığılan 400 min dolları sevgilisi ilə xərcləyib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Kate McClure adlı qadın keçən ilin oktyabr ayında benzini bitdiyi üçün yolda qalıb. Yolun kənarında yaşayan Conni Bobbit adlı evsiz adam qıza kömək edib. Bobbit cibindəki 20 dollar pul ilə bir bidon benzin alıb. Qız bu yaxşılığa qarşılıq olaraq, internet saytında Bobbit üçün yardım kampaniyası başladıb.

Bu maraqlı hekayə beynəlxalq qəzetlərdə xəbər olduqdan sonra bütün ölkəyə yayılıb və kampaniyaya maraq artıb. Bir neçə ay içində 14 min nəfərin yardımı ilə 400 min dollar pul yığılıb. Lakin qız verdiyi vədin üstündə dayanmayıb. Yığılan pulu götürərək, sevgilisi ilə birlikdə tətilə çıxıb və özünə bahalı avtomobil alıb. Hadisə ilə bağlı cinayət işinin açılacağı iddia olunur.

Mark Damiko yardım pulundan bir miqdar pulu “əməkləri” üçün istifadə etdiklərini deyib. Bobbit isə cütlüyü acgözlüklə günahlandırıb.

https://metbuat.az/news/1015240/sude-bir-dis-sarim...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR