Tarkanın həyatı FİLMƏ KÖÇÜRÜLƏCƏK / FOTOLAR

Almaniyada həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə tətil edən Türkiyənin meqastarı Tarkan öz həyatından bəhs edən film çəkməyi düşünür.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, həyatı boyunca dəfələrlə ölümlə üz-üzə gələn meqastarın çətinliklərlə keçən həyatı bütün xırdalıqları ilə filmin ssenarisində yer alacaq.

Sənətçinin yaxınlarının dediklərinə görə, Tarkanın anası Neşe Tevetoğlu ona hamilə olan zaman ailəsində problemlər yaşanıb. Anası körpəsini aldırmağı düşünüb. Lakin yuxusunda oğlunun ailəsi və vətəni üçün xeyirli bir insan olduğunu gördükdən sonra bu fikrindən daşınıb.

Tarkan doğulub, böyüdüyü Almaniyada irqçi hücumlara da məruz qalıb. 15 yaşındaykən atasının ürək xəstəliyi səbəbi ilə Türkiyəyə köçüb.

Burada o maddi sıxıntılar ilə yanaşı Avropasayağı görüntüsü ilə ətrafın təzyiqinə məruz qalıb. Buna görə psixoloji problemlər yaşayan ulduz profesional dəstək alıb. 1990-cı illərin əvvələrində ulduzu parlayan məşhur sənətçi məşhurlaşdıqdan qısa müddət sonra Fransada yenidən faciəvi bir qəza keçirib. Bir neçə dəfə ölümlə üz-üzə gələn 45 yaşlı sənətçi əzmi ilə heyranlarının rəğbətini qazanıb.

Tarkan bu vaxta qədər ən uğurlu prodüsserlərin aktyorluq təklifini geri çevirib. Megastarın öz həyatından bəhs etdiyi və ssenarisi böyük dəqiqliklə qələmə aldığı filmdə oynayıb- oynamayacağı isə hələ bilinmir.




https://metbuat.az/news/1015240/sude-bir-dis-sarim...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR