Lerikdə zəlzələnin fəsadları barədə araşdırmalara başlanıb - İcra Hakimiyyəti

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində rayon ərazisindəki tikililərə ciddi ziyan dəyməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Metbuat.az-a trend.az-a istinadən xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırma aparır:

"Kəndlərdəki tikililərdə çatların yaranması barədə məlumatlar daxil olub. Amma komissiya hələ bu barədə dəqiq məlumat verməyib. Bəzi köhnə tikililərə ciddi ziyan dəydiyi bildirilir. Araşdırmalar davam etdirilir".

H.Məlikov bildirib ki, hadisə nəticəsində hər hansı bir tikilinin dağılması barədə məlumat yoxdur.

Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR