Azərbaycan HHQ təlim-məşq uçuşları keçirib - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yeni tədris dövrü çərçivəsində keçirilən təlim-məşq uçuşları zamanı təyyarə və helikopterlər hədəflərin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Aviasiya vasitələrinin ekipajları quru qoşunlarının havadan dəstəklənməsi, şərti düşmənin komanda məntəqələri, zirehli texnikaları və canlı qüvvəsinin məhv edilməsi, eləcə də hava kəşfiyyatının aparılması taktiki epizodlarını da yerinə yetiriblər.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR