Ağ Evdə bayraq böhranı yaşanıb

81 yaşında həyatını itirdi ABŞ senatoru Con Makkeynin ölümündən sonra Ağ Evdə bayraq böhranı yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yarıya qədər endirilən bayraqlar ötən gün yenidən əvvəlki vəziyyətinə qaytarılıb. Senatora yas saxlayan əhali isə buna etiraz edib. Bunun ardınca Donald Tramp Ağ Evdə bayraqların yenidən yarıya qədər endirilməsi təlimatını verib. Bu cür vəziyyət ABŞ tarixində ilk dəfə yaşanır.

Qeyd edək ki, Tramp Makkeynin ölümü ilə bağlı yazılı açıqlama yayaraq məşhur senatorun fəaliyyətlərini təqdir edib və bildirib ki, Konqresdəki vida mərasiminə köməkçisi Mayk Pence qatılacaq. Məlumata görə, Makkeyn vəsiyyətində ABŞ prezidentinin onun vida mərasiminə qatılmamasını istəyib.

Qeyd edək ki, Tramp seçki ərəfəsində Makkeynin müharibə qəhrəmanı olmadığını bildirmişdi. Ancaq ABŞ əhalisinin çoxu Vyetnamda 5 il əsir olduqdan sonra ölkəsinə geri dönən Respublikaçı senatoru müharibə qəhrəmanı hesab edir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR