Çempionlar Liqasında "VAR" olmayacaq

UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının 1/4 final mərhələsində videotəkrar (VAR) sistemindən istifadə olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Metbuat.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, o, belə bir yenilik tətbiq etmək fikrində olmadıqlarını deyib: "Bilmirəm, bu xəbərlər hardan çıxıb, biz VAR sistemini istifadə etmək niyyətində deyilik. Düzü, mən hələ də onun səmərəliliyinə əmin deyiləm. Bəzi məqamları aydınlaşdırmaq lazımdır. Məsələn, mübahisəli epizodlara kimin baxmağını. Buna baş hakim baxmalıdır, yoxsa digərləri? Fanatlar və jurnalistlər bunu başa düşmürlər. Biz bilirik ki, VAR sistemi nə vaxtsa olacaq. Amma bunu hər şeyə hazır olduqdan sonra etmək lazımdır. Çünki Çempionlar Liqası adi turnir deyil".


Qeyd edək ki, ötən ay UEFA Hakimlər Komitəsinin sədri vəzifəsindən ayrılan Pyerluici Kollina da ÇL-də VAR sisteminə keçidi dəstəkləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR