Pxenyanın nüvə fəaliyyəti ilə bağlı təhdidləri ortadan qalxmayıb - Hesabat

Şimali Koreyanın nüvə fəaliyyəti ilə bağlı təhdidlər ortadan qalxmayıb.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Yaponiya nazirlər kabinetinin təqdim etdiyi hesabatda qeyd olunub. Bildirilib ki, Sinqapur zirvəsində əldə olunan razılaşmaya baxmayaraq, Pxenyan kütəvi qırğın silahları ilə bağlı fəaliyyətinə son verməyib.

Bir-iki şərtə əməl edilsə də, önəm daşıyan vədlərin heç biri yerinə yetirilməyib. Bəyan edilib ki, Şimali Koreyanın silah proqramı ilə bağlı fəaliyyəti Yaponiya üçün ciddi təhdid daşıyır. Tokio bu təhdidə qarşı ciddi tədbirlər görəcək.Hesabatda Çinin də hərbi xərclərini artırdığına, quru və hava fəaliyyətini genişləndiridiyinə diqqət çəkilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR