Rəsmən elan etdilər - Gələn ay Rusiya ABŞ-a gücünü göstərəcək

Rusiya ordusu son illərin ən böyük hərbi təlimlərinə hazırlaşır. Bu barədə Müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Metbuat.az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, o bildirib ki, məşqlər gələn ay baş tutacaq. Təlimlərə 300 min hərbçi, mindən çox hərbi texnika o cümlədən helikopter və təyyarələr cəlb olunacaq.

Rusiyanın mərkəzi və şərq əyalətlərində təşkil ediləcək məşqlərə iki hərbi gəmi də qatılacaq. “Şərq-2018” adlı məşqlərdə müxtəlif döyüş tapşırıqları yerinə yetiriləcək.Şoyqunun sözlərinə görə, bu 1981-ci ildən bəri Rusiya ordusunun ən böyük hərbi təlimləri olacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR