Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun sınaqları başa çatdırılıb.

Metbuat.az xəbər verir ki, layihəyə yaxın mənbədən Trend-ə verilən məlumata görə, infrastruktur tamamilə hazırdır və yeni vəsiqələrin verilməsi sentyabr ayından başlayacaq.

"Yeni şəxsiyyət vəsiqələri ölkə vətəndaşlarına kütləvi şəkildə deyil, mərhələlərlə veriləcək".

Yeni nəsil şəxsiyyət vəsiqələrinə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron çip yerləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR