Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlanıb

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.

Bu barədə Metbuat.az-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:

"10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".

Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR