Qadınları anlamaq üçün

Qadınları anlamaq üçün
00:22 13 Yanvar 2015
303 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qadını dərindən tanımaq arzusu hər bir kişinin qəlbində var. Bu məsələ ciddi alimləri də maraqlandırıb. Bu səbəbdən də qadını tanımaq üçün üsulları araşdırıblar
Milli.Az-ın məlumatına görə, bir qrup psixoloq qadınların sevdikləri içkilərə görə onların xarakterlərini araşdırmağa çalışıblar. Elmi işçilər təcrübələr keçiriblər. Təcrübələrə bir neçə yüz könüllü qadın cəlb olunub və nəticələr ziddiyyətli alınıb.

Əgər xanım bir qədər şampan şərabı sifariş verdisə, o deməkdir ki, həmin xanım dəyişikliklərə meyllidir və dəyişiklik asan başa gəlir.

Araq sifariş edənlərin isə iradələri güclü, xarakterləri sərtdir. Bu qadınlar xarakteri zəif olan kişilər üçün əsl baş ağrısına çevrilə bilərlər. Belə qadınlarla diqqətli olmaq lazımdır, əks halda tez bir zamanda onların təsirləri altına düşmək olar.

Konyak sifariş edən xanım nəvazişi, qayğını sevir, səmimi mühitdə olmağı arzulayır. Əgər xanım viski istəyirsə, ondan aralı qalmaq gərəkdir. Bu qadın özünə çox güvənir. Elə hərəkətlər edə bilər ki, səhəri gün ona peşman olar.

Əhvalları tez-tez dəyişən xanımlar tekila sevirlər. Onlar sərxoş vəziyyətdə qeyri-adekvat olurlar.

Temperamentli xanımlar qırmızı şəraba üstünlük verirlər. Ağ şərab isə onu göstərir ki, xanım bütün işlərdə çox dəqiqdir.

Boş vaxtını ailə və uşaqlarla keçirməyi sevən xanımlar isə likör sifariş edirlər.

Oğlanla pivə içməyi seçən qızlar isə sevgilidən çox yaxşı dost olurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR