Masazırda 3 mərtəbəli tikilidə yanğın olub

Masazırda 3 mərtəbəli tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bu gecə Cəlilabad rayonunda yanğın qeydə alınıb. Uzuntəpə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ulduz falı - 29 avqust - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR