Lerikdəki zəlzələ nəticəsində 40-a yaxın evdə çatlar yaranıb - İcra Hakimiyyəti

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəyən ev və obyektlərin sayı arta bilər.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, rayon ərazisində 40-a yaxın evdə çatlar əmələ gəlib.

Onun sözlərinə görə, çox təhlükə yaradan çatlar aşkarlanmasa da, evlərə ziyan dəyib: "Hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə araşdırmaları davam etdirir. Çatlar yaranan evlərin sayı arta bilər. Çünki hələ müraciətlər daxil olmaqdadır".

H.Məlikov bildirib ki, hadisə ilə bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlara məlumat verilib.

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə bildirib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırmaları davam etdirdiyindən zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin sayı dəqiqləşdirilməyib:

"Yerlərdən müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Lerikdə iki zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Ulduz falı - 29 avqust - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR