Koçaryan Paşinyana qarşı yeni blok yaradır

Ermənistanın sabiq prezidenti, 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçvəsində ittiham olunan, həbs edilib daha sonra azadlığa buraxılan Robert Koçaryan siyasi meydana dönüşündə bütün riskləri nəzərə aldığını və seçkilərdə iştirak üçün kifayət qədər elektoral bazaya sahib olduğunu bəyan edib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Robert Koçaryan Rusiyanın NTV telekanalına müsahibəsində deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Koçaryanın siyasətə qayıtmaq şansının olmamasilə barədə dediklərini şərh edən sabiq prezident bildirib: “Mən artıq siyasətdəyəm. 10 il Ermənistanın prezidenti olmuşam. Həmin müddət ərzində Ermənistanın ÜDM-u 5 dəfə, büdcəsi isə 8 dəfə artmışdı. İndi İrəvanda gördüyünüz bütün maraqlı tikililər və bərpa işləri də həmin illərdə aparılıb. Əlbəttə, mən 10 ildir ki, siyasətdən kənar olmuşam, çox adam indi bunları xatırlamır. Amma mən və həmin zaman bütün bu proseslərdə iştirak edərək biznes quranlar xatırlayırlar. Məhz onlar mənim elektoral bazamı təşkil edəcəklər”.

Öz partiyası, yaxud hansısa koalisiya formalaşdırmaqla Paşinyana qarşı müxalifətdə yer almaq planları barədə suala Koçaryanın cavabı isə maraqlı olub. Erməni KİV-ləri yazır ki, müsahibəsində Koçaryan bir növ Paşinyanın əleyhdarlarına əməkdaşlıq mesajı göndərib və bütün təkliflərə açıq olduğunu bəyan edib. Koçaryanın fikrincə, o, baş nazirə qarşı güclü cəhbə formalaşdırmaq iqtidarındadır.

“Mən bu məsələni kifayət qədər açıq saxlamışam. Mən çox yaxşı bilirəm ki, bugünkü problemləri görən insanlar üçün çox ciddi birləşdirici mərkəz ola bilərəm”, – deyə Koçaryan vurğulayıb.
İtkin düşən alpinistin meyiti 31 il sonra tapıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR