Bakı Beynəlxalq Avtovağzalında gözlənilən yeniliklər - FOTOLAR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub və bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq.

Bunu Metbuat.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, artıq avtovağzalda kassalar sərnişinlərin gözləmə zalarına yaxınlaşdırılıb: “Əvvəl kassalar sərnişinlərin gözləmə zallarından aralı yerləşdirilmişdi, indi isə gözləmə zallarının yanındadır. Kassaların üzərində də məlumat lövhələri yerləşdirilib. Lövhələrdə nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur. Məlumatlar Azərbaycan, rus və ingilis dillərindədir”.

O vurğulayıb ki, yaxın zamanlarda daha fərqli məlumat lövhələri də quraşdırılacaq:

“Həmin lövhələrdə maarifləndirici məlumatlar, hansı hallarda "qaynar xətt"ə müraciət edilməsi, daşıyıcı şirkətin və sürücünün vəzifə və öhdəlikləri, müntəzəm marşrutların hansı rayonlardan keçərək təyinat nöqtəsinə çatması göstəriləcək. Yəni sərnişinlər lazım olan bütün məlumatları lövhələrdən əldə edə biləcəklər”.

İtkin düşən alpinistin meyiti 31 il sonra tapıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR