Masallıda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Reyd zaman Masallı rayonu ərazisində “KamAZ” markalı "44-BX-788" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8,5 kubmetr həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.

İtkin düşən alpinistin meyiti 31 il sonra tapıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR