Gömrükdə siqaret və telefon aksesuarları aşkarlanıb

Gömrükdə avtomobildə siqaret və mobil telefon aksesuarları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd "King" markalı siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İtkin düşən alpinistin meyiti 31 il sonra tapıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR